15.12.2021 - 12:55
İqtisadiyyat 17 baxış

Rəşad Nəbiyev gürcü nazirlə görüşdü - Foto

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava arasında görüş keçirilib.

Minval.info xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılmasının ölkələrimiz arasında yükdaşımaların inkişafına təsiri və beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər barədə fikir mübadiləsi aparılıb.

Neftin qiyməti 107 dolları keçdi! ƏLAQƏLİ
Bunu da oxu

Neftin qiyməti 107 dolları keçdi!

14.09.2026 - 09:32

Görüş zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi müzakirə edilib. Layihə üzrə aparılan işlərin sürətləndirilməsi, icra edilmiş işlərin mərhələli şəkildə istismara qəbul edilməsi və layihənin idarəetmə strukturunda dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə predmeti olub.

Eyni zamanda, iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabət qabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: