Rəşad Məcid Rauf Arifoğlunun seçki kampaniyası və uğuru barədə yazır
“…Yaddaqalan, kreativ və klassik təbliğat kampaniyası qurub. Şövqlüdür, əzmlidir, inadkardır”
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sosial şəbəkədə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu və onun seçki kampaniyası barədə maraqlı fikirlər paylaşıb.
Musavat.com R.Məcidin həmin fikirlərini təqdim edir: “Rauf Arifoğlu 30 ildən çoxdur siyasətlə məşğuldur. Dinamikdir, daim hərəkətdə, axtarışdadır. Dayanmadan-durmadan, ən çətin şəraitdə belə “Yeni Müsavat” qəzetini ayaqda tutmağa çalışıb, gündəmdə saxlamağa nail olub. İndi millət vəkili olmaq istəyindədir. Yaddaqalan, kreativ və klassik təbliğat kampaniyası qurub. Şövqlüdür, əzmlidir, inadkardır. Bəlkə elə buna görədir ki, bəziləri ona qarşı öz qərəz və həsədini gizlədə bilmirlər. Bu da açıq hiss olunur. Mən Raufun uğrunda inadla çalışdığı bu məqsədinə də çatmasını – millət vəkili olmasını arzulayıram. Onun buna haqqı çatır”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda