Rəşad Dağlı ilə bağlı hansı qərar veriləcək?
Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin başa çatmasına bir neçə gün qalıb.
Minval.info “qafqazinfo”ya istinadən xəbər verir ki, yaxın günlərdə onun barəsindəki istintaqın tamamlanacağı və işin məhkəmə baxışına veriləcəyi gözlənilir.
Məsələ ilə bağlı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlanılsa da, heç bir açıqlama vermək istəmədiyini bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətdindən qeyd olunub ki, hazırda ibtidai istintaq davam etdirilir və digər xüsusatlar üzrə əlavə məlumat veriləcək.
Qaradağ Rayon Məhkəməsindən isə Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə hər hansı təqdimatın daxil olmadığı deyilib.
Xatırladaq ki, Rəşad Dağlının qətl törətməsi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Tanınmış meyxanaçı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün öz maşını ilə onu evdən götürüb Lökbatan dairəsi yaxınlığına aparmışdı. Maşınında onu 14 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra aşağı atmış və polis bölməsinə gedərək təslim olmuşdu.
Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. O narkotik ticarətinə görə, əvvəllər dəfələrlə həbs həyatı yaşayıb. 43 yaşlı Mehtiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumudur.
Rəşad Dağlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-da başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynada postunu qoyub qaçan səfir Bakıda konsertdə peyda oldu - Fotolar
DİN də partlayışla bağlı məlumat yaydı
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma - Yaralılar var
Londonda saxlanılan Zamirə Hacıyeva Azərbaycana gətiriləcək - ilginc faktlar
ABŞ-dakı azərbaycanlılar Vətənə qayıdır: Aralarında virusa yoluxanlar da var
Azərbaycanlı əsirləri işgəncə ilə öldürən ermənilərin məhkəməsi başladı
AzTV-də növbəti kadr təyinatları