Rəqqasə Nərmin Tunisin prezidenti olmaq istəyir
Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəqsi ifaçısı olan Nərmin Sfar sentyabrın 15-də baş tutacaq prezident seçkilərinə namizədliyini irəli sürür.
Bu barədə Sfar özünün 294 min abunəçisi olan “Instagram” səhifəsində məlumat verib.
Rəqqasə artıq 35 min seçicinin imzasını toplayıb ki, bu da seçkilərdə iştirak üçün labüd olan minimum saydan üç dəfə çoxdur.
O bildirib ki, prezident seçiləcəyi təqdirdə, çörəyin qiymətini endirəcək, eləcə də qadınlara məcburən hicab geyindirməyi qadağan edəcək. Bunun əvəzində isə Nərmin Tunis sakinləri üçün ənənəvi yerli paltarı təklif edir.
21 yaşlı namizəd, həmçinin qeyd edib ki, kişiləri evlənmək vəd edib, lakin sözlərini tutmadığı halda, cərimə gözləyəcək. O, vərəsəlik haqqında qanuna da dəyişiklik edəcəyini bildirib. Yeni qanuna görə, əmlakın üçdə iki hissəsi qadına çatacaq.
Nərmin Sfarla yanaşı, prezident postu uğrunda daha 55 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Tunisdə vaxtından qabaq prezident seçkiləri ölkə başçısı Əl-Baci Haid əs-Sebsi iyulun 25-də öldüyü üçün keçirilir. O, hərbi xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Məşğulluq Agentliyinə yeni departament müdiri təyin olundu
Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verilib
Miri Yusif öz rekordunu yenilədi
Nigar Şabanova ilə Vasif Əzimov diqqət mərkəzində
“Ritual etdim, ərə gedəcəyəm” deyən astroloqun toyudur
Ruslan Əhmədoğlunun ölümündən öncə yazdığı son bəstə - Video
Elnarə tələbələri ilə “Musiqili Bakı”da oxudu – Fotolar