"Rəqəmsal mediada ədəbi dil standartları: Müasir yazı texnikası və praktik redaktə" mövzusunda təlimlər keçirilir
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlimlər keçirilir.
Minval.info xəbər verir ki, təlimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli qeyd edib ki, qlobal rəqəmsallaşma və sosial şəbəkələrin ekspansiyası media mühitini kökündən dəyişdirib. O bildirib ki, bu gün jurnalistika yalnız informasiya ötürmür, həm də milli ədəbi dili formalaşdırır və qoruyur. Bununla belə, operativlik yarışı, sosial şəbəkə alqoritmlərinin diktə etdiyi bəsit formatlar və süni intellektin kütləvi tətbiqi ədəbi dil normaları üçün ciddi rəqəmsal təhdidlər yaradır.
Natiq Məmmədli vurğulayıb ki, “Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” adlı təlim proqramı rəqəmsal çağırışlar fonunda media nümayəndələrinin yazı və redaktə vərdişlərini təkmilləşdirmək, ədəbi dilin saflığını qorumaq və yeni texnologiyalarla effektiv işləmək bacarıqlarını inkişaf etdirməklə müasir Azərbaycan jurnalistikasının rəqəmsal dünyada öz milli-mədəni simasını və keyfiyyət standartlarını qoruması üçün praktiki vərdişlərin mənimsənilməsi məqsədi daşıyır.
Qeyd edək ki, ötən gün və bu günü əhatə edən təlim proqramı “Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar”, “Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri”, “Ədəbi dilin qorunmasında medianın öhdəlikləri” mövzularını, eləcə də eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşopu əhatə edir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imta…
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"