Rəcəb Tayyib Ərdoğan aprel ayında Rusiyaya gedəcək
TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan bu il aprelin əvvəllərində Rusiyaya səfərə gedəcək.
“Report” “Sputniknews”a istinadən xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Xalıq Dursun iki ölkə başçılarının aprelin 8-də Moskvadakı Bolşoy Teatrında Rusiya – Türkiyə Mədəniyyət İlinin rəsmi açılış mərasimində iştirak edəcəklərini bildirib.
O, Moskvadakı Yunus İmrə Mədəniyyət İnstitutunda keçirilən “Türkiyə – dünyanın ən böyük muzeyi” sərgisinin açılışında çıxışı zamanı bu barədə tam rəsmi açıqlama verilməsə də, indi hazırlıqlar aparıldığını söyləyib.
Onun sözlərinə görə, “Mədəniyyət ili”nin açılışında Türkiyə sənətkarları tərəfindən “Troya” operasının səhnəyə qoyulacaq: “Gücləndirilən siyasi əlaqələrimiz bütün dünyada müzakirə olunur, ən yüksək səviyyədə bir çox görüşlər keçirilir. “Troya” operasındakı görüş də bu prosesə gözəl bir töhfə və dünyaya nümunə olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi