Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb
Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub.
Minval.info “Xəzər TV”yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb. Çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır. Sakinlər bildirirlər ki, bəzi torpaq sahələri tamamilə itirilib və bir neçə fərdi təsərrüfat uçqun riski ilə üz-üzədir.
Bildirilir ki, çayın istiqamətinin dəyişməsinə səbəb burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
