“Qurultay üçün ayrılan pul hesaba keçməyib, kredit götürməli olduq” – AÇIQLAMA
“Düzdür, kredit götürmüşük”. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürülməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Qeyd edək ki, bu barədə ilk informasiya Musavat.com-un bugünkü buraxılışında dərc olunan “AYB qurultay keçirmək üçün kredit götürüb? – sensasiyalı iddia” (https://musavat.com/news/ayb-qurultay-kecirmek-ucun-kredit-goturub-sensasiyali-iddia_927483.html) başlıqlı yazıda yer alıb. Ancaq xəbər rəsmən təsdiq olunmamışdı.
AYB sədri Anar Rzayev bu gün qurultayın keçirilməsinə maliyyə lazım olduğunu bildirib: “Bəli, kredit götürmüşük. Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacayıq”.
Anar Rzayev hazırda Bakıda olmadığını vurğulayıb.
Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi üçün kredit əldə etdiyini bildirlib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza isə kredit alınması barədə məlumatın həqiqəti əks etdirmədiyini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi