Qurban Qurbanovdan qələbə şərhi
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” pley-offda Şimali İrlandiyanın “Linfild” klubunu mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
“İlk öncə azarkeşlərimizə təşəkkür edirəm. Açığı, fikirləşirdim ki, APOEL-ə məğlub olduqdan sonra bizdən küsüblər. Futbolçularıma təşəkkür edirəm. Oyunun gedişində gərginlik var idi. Sonda istəyimizə nail ola bildik. Bu, bizim işimizdir. Burada hər birimizin əməyi var. Səfərdə iki standart vəziyyətdən qol buraxmışdıq. Rəqibin əks hücumları çox təhlükəlidir. Buna uyğun da hazırlığımızı görmüşdük. Düzdü, istəməzdik evdə qol buraxaq. Amma bu, futboldur. Hücumda çoxluq təşkil edərək istədiyimiz nəticəni qazandıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mərdan "Qarabağ" üçün himn oxudu - Video
Hansı oyun, hansı kanalda?
Premyer Liqa klubundan azərbaycanlı futbolçu üçün milyon avro
Mayk Tayson görünüşü ilə hər kəsi təəccübləndirdi - FOTOLAR
Ulduz futbolçu model sevgilisi ilə yataq FOTOsunu paylaşdı
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb
Kanadada da “Qarabağ” klubu yaradıldı