Qurban Qurbanovdan futbolçulara QADAĞA
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov futbolçulara mətbuata danışmaq qadağası qoyub.
Minval.info qol.az-a istinadən bildirir ki, bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.
Qeyd edək ki, həmin matç yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.
Qol.az-ın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar.
Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır