Qurban Qurbanov: “Rəqibimiz kifayət qədər güclü idi”
“Normal oyun keçdi. Avstriyada ilk oyunumuz olmasına baxmayaraq, rəqibimizin bir az asan olmasını istərdik”.
APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
47 yaşlı mütəxəssis Avstriya toplanışı çərçivəsində baş tutan “Lüdoqorets”lə (Bolqarıstan) yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Q.Qurbanov 0:2 hesablı məğlubiyyətə şərh verib: “Bugünkü rəqibimiz kifayət qədər güclü idi. Bu oyunun bizim üçün çox faydası olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadılar. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fernandu Santuş: "Ronaldu ilə bağlı problem olsaydı, ona icazə verərdim"
Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir
Qattuzo: "İbrahimoviç 10-12 əvvəlkindən daha güclüdür"
Azad Rəhimov İrana səfər edəcək
Azərbaycanlı futbolçular "Traktor"un hədəfində - Dənizli açıqladı
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşdi
"Real Madrid" daha bir dünya çempionunu transfer edir