07.08.2019 - 09:52
İdman 21 baxış

Qurban Qurbanov: "Futbolçular meydanda yaxşı vuruşdular"

“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular”.

“Minval.info” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifar mərhələsinin ilk matçında Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra mətbuat konfransında söyləyib.

47 yaşlı mütəxəssis deyib ki, rəqibin gücü hamıya məlumdur və ilk dəqiqələrdən təzyiq yaradacaqlarını bilirdik: “APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbə qazanmağımıza baxmayaraq, arxaynlaşmayacağıq.Yaxşı başa düşürük ki, Bakıda bugünkü oyundan daha ağır qarşılaşma bizi gözləyir. Bu matçı analiz edib cavab görüşündə daha hazırlıqlı olmalıyıq”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.

Açar sözlər: #Qurban Qurbanov
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: