Qurban Qurbanov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
Minval.info AFFA-nın saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis yığmanın futbolçularına tövsiyələrini verib və seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.
Görüşdə milli komandaların menceri İslam Abbasov və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov da iştirak edib.
Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və İsrail yığmaları olacaq. Komanda oktyabrın 23-də Norveç, üç gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır