Quduz itlər ən çox bu rayonları bürüyüb (VİDEO)

Zaqatala, Qax, Oğuz və Şəki rayonlarında yaşayanlar, diqqətli olun. Çünkü quduzlaşmış itlərə ən çox bu ərazilərdə rast gəlinir. Dövlət Baytarlıq Xidməti bu heyvanların vaksinasiyasını aparır. Sahibi olan itlər də bu prosesdən kənarda qalmır.
Quduzluq xəstəliyinə yoluxmuş itlərin ən çox rast gəlindiyi rayonların adları açıqlanıb. Dövlət baytarlıq xidmətindən verilən məlumata görə, quduzlaşmış itlərə daha çox şimal-qərb rayonlarında rast gəlinir. Bunun da başlıca səbəbi həmin ərazilərdə vəhşi heyvanların çox olmasıdır
Dövlət baytarlıq xidmətinin sözçüsü Yolçu Xanvəlinin sözlərinə görə, ölkədə sahibi olan 255 min it var. Xidmətin baytar həkimləri tərəfindən sahibi olan itlərin böyük əksəriyyəti peyvəndlənib. Peyvəndlənən itlərin 1 il ərzində quduzluğa tutulma riski minimuma enir.
Xidmət tərəfindən bu ilin 10 ayında Abşeron rayonu ərazisində 1900 sahibsiz it də vaksinasiya edilib. (Xəzər TV)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!