Quba-Xınalıq yolunda sürüşmə: Təhlükə davam edir
Quba-Xınalıq yolunun 35-ci kilometrliyində yolun çökməsi baş verib. Son günlər yağan yağışlar nəticəsində yolun hərəkət hissəsi sürətlə dərəyə doğru sürüşüb.
Minval.info xəbər verir ki, bu yol yeddi yaşayış məntəqəsinin sakinləri tərəfindən istifadə olunur və eyni zamanda bölgənin əsas turizm marşrutlarından biridir. Sakinlər yolun vəziyyətindən narahatdırlar və sürüşmələrin çoxluğu səbəbindən yolların pis vəziyyətdə olduğunu bildirirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Hadisənin baş verdiyi hissədə nəqliyyat vasitələrinin hərəkəti üçün yolun digər zolağı təhlükəsizlik təmin edilməklə açıq saxlanılıb.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək