26.10.2021 - 11:07
Ölkə
15 baxış
"Qoy, nə istəyirlər desinlər" - Çingiz Abdullayev tənqidlərə cavab verdi

“İstanbul hava limanında üzləşdiyim situasiya ilə bağlı yazdığım statusun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmasından xəbərim yoxdur”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O bildirib ki, statusu yazmaqda məqsədi uşağın simasındakı təbəssümü və sevincini bölüşmək olub: “Qoy, olsun, nə istəyirlər desinlər, yazsınlar. Mənim bu müzakirələrdən heç xəbərim də yoxdur. Çox sağ olun ki, dediniz, məlumatım oldu”.
Qeyd edək ki, Xalq yazıçısı ötən gün sosial şəbəkədəki hesabında yazıb: “Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim”.
Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48