Qonşunun evinin önünə vaqon qoyub, götürən olsa, özümü yandıracam deyir
Sabunçu rayonu, Ramana qəsəbəsində Neft sənayesinə aid torpaq sahəsi Həsənov Asəf İbrahim oğlu tərəfindən zəbt olunub. O, 250 mm-lik Buzovna-Ramana neft kəmərinin mühafizə zonasında, xətdən təqribən 15 metr aralı məsafədə 7×3 metr ölçüdə dəmir evcik (vaqon) yerləşdirərək burada ticarət fəaliyyəti ilə məşğul olacağını bildirib. Digər qonşu Abbasov Rafiq Mənsur oğlu isə, sözügedən vaqonun onun evinin və obyektinin önünü kəsməsindən şikayətçidir.
“Report” sosial şəbəkələrdə yayılmış bu məsələ ilə bağlı yerində tanış olmaq üçün qeyd olunan ərazidən reportaj hazırlayıb.
Şikayətçi Rafiq Abbasov deyir ki, 2013 – cü ildə qardaşları ilə birlikdə bu ərazidə torpaq alıb ev tikərkən indi vaqon qoyulan ərazini də hasara almaq istəyiblər. Lakin SOCAR əməkdaşları bu ərazinin neft kəmərinin mühafizə zonasına düşdüyünü bildirib və o qanuni tələbə tabe olaraq hasarı bir neçə metr geri çəkib.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Mühafizəçilər və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən Asəf Həsənova qanunsuz əməlləri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o vaqonun ərazidən kənarlaşdırılmasına müqavimət göstərib, üzərinə benzin tökərək özünü yandıracağını bildirib və dəfələrlə buna cəhd edib.
Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.
https://youtu.be/2BaRy_T4CiA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu