Qleb Pavlovski: “Tezliklə Qarabağda müharibə başlayacaq”
Rusiya prezident administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovski Dağlıq Qarabağda müharibənin başlaması ehtimalını istisna etmir.
Virtualaz.org xəbər verir ki, “Exo Moskvı” radiosuna müsahibəsində o, Ermənistandakı inqilab ətrafında vəziyyəti şərh edib.
“Son 20-30 ildə bu kisik bir yerdə nə qədər müharibə olub. Postsovet məkanında ayrı heç bir yerdə olmayıb. Bununla yalnız Yuqoslaviyada baş verənləri müəyyən mənada müqayisə etmək olar. Çünki olmaz. Müttəfiqlərə təzyiq etmək lazım deyil, mən deyərdim… İnqilablara gəlincə… Ermənistanda bunlar az olmayıb. Olublar. Ermənistanda inqilablar olur, keçir. Aman allah, 80-ci, 90-cı illərdə orada indiki inqilabda olduğundan daha çox adam küçələrdə idi. Bütün insanlar küçələrdə yaşayırdılar, Yerevana axışırdılar, yüz minlərlə küçələrdə dururdular. Sonra inqilab – müharibə, müharibə – inqilab. İndi də inqilab oldu, sonra da yəqin müharibə olacaq”, – o bildirib.
Paşinyanın şəxsiyyətinə gəlincə, onun sözlərinə görə, Qafqazda çox məxmər olmur.
“Düşünürəm ki, indi insanlar nəticə istəyəcəklər. Hardan çıxaracaq nəticələri? Heç Saakaşvili bacarmadı. Deməli, müharibə olacaq”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentlə xanımı Bakı Avropa Liseyinin yeni binasının açılışında
Novruz Məmmədov iclas keçirdi - Nazirlərə göstərişlər verdi
“Putinlə “İsgəndər-M”lə bağlı məsələni müzakirə etmişik”
Prezident Kamran İmanovu təltif etdi
Putin Merkeli gül dəstəsi ilə təhqir etdi