Arvadını evə gətirən şəxsə hücum etdi: Məhkəmə qərarı dəyişdi
Şirvan Apellyasiya Məhkəməsi, Famil Ömərovun qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə bağlı apellyasiya şikayətinə baxış keçirib.
Minval.info xəbər verir ki, hakim Yaşar Həşimovun rəhbərliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub. Məhkəmə, Salyan Rayon Məhkəməsinin hökmünü ləğv edərək, zərərçəkmişlə barışıq əldə edildiyi üçün cinayət təqibinə xitam verib və Famil Ömərov cinayət məsuliyyətindən azad edilib.
Hadisə 2026-cı ildə Salyan şəhərində, M.Dadaşov küçəsində baş verib. İddialara görə, İntiqam Amalov, Famil Ömərovun həyat yoldaşını iş yerindən avtomobillə evinə gətirib. Famil Ömərov isə bu vəziyyətin ətrafda söz-söhbətə səbəb ola biləcəyini düşünərək, qadının evin qarşısında deyil, başqa bir yerdə düşürülməsini xahiş edib.
Lakin həmin gün İntiqam Amalov qadını yenidən evin qarşısında düşürdüyü üçün tərəflər arasında mübahisə yaranıb və bu, fiziki qarşıdurmaya çevrilib. Famil Ömərov, İntiqam Amalova yumruq zərbəsi endirərək ona müxtəlif bədən xəsarətləri yetirib.
Məhkəmə-tibbi ekspertiza, İntiqam Amalovun burnunda və sol gözaltı nahiyəsində qançır və şişkinlik, burun sümüyündə isə sınıq olduğunu təsbit edib. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
TƏBİB-dən ACI STATİSTİKA: Bir ayda 7 nəfər suda boğularaq ölüb
Bakıda faciə: 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq öldü
Buzovnada dəniz faciəsi: Üç nəfərin həyatı təhlükədə, biri xilas edildi
SON DƏQİQƏBakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO
Kabab sevənlər üçün xəbərdarlıq: Xərçəng riski və qorunma yolları
Vaşinqtonda meşə yanğınları: Minlərlə insan evlərindən təxliyə edildi