“Qırmızı Xaç Komitəsinin nümayəndələri Qarabağa yalnız Azərbaycandan gedə bilər”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Rusiya sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərinə yalnız respublikamızdan keçərək gedə bilər.
“MİNVAL.İNFO” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenlə görüşündə bildirib.
Ə.Nağıyev qeyd edib ki, regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə etməklə mümkündür.
Qeyd edək ki, Əli Nağıyev həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Siyavuş Novruzov: “Makron bir həftə əvvəl Praqada mollalıq edirdi”
İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib
“Əgər siz Azərbaycandakı restoranları gəzsəniz…” - Əli Həsənov
Azərbaycanlı xanım nazir təyin olundu
ABŞ Şimali Koreyaya səfər qadağasını daha bir il uzadıb
Əli Əhmədov: "Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz"