“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanılıb

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
DİN Mətbuat Xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.
Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-63” markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!