Qırğızıstan Azərbaycandan neft almaq istəyir

Qırğızıstan Azərbaycan neftinin satın alınmasında maraqlıdır.
Minval.info Trend-in məlumatına istinadən xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.
O bildirib ki, Azərbaycan Qırğızıstanı neft məhsulları ilə təmin etmək potensialına maklikdir: “Biz istərdik ki, Azərbaycan təkcə Qırğızıstana deyil, həm də bütün regiona neft məhsulları ixracatçısına çevrilsin”.
Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Reabilitasiya Agentliyi 2 milyon manatlıq tenderə yekun vurub
Maliyyə Nazirliyindən 2020-ci ildə manatın məzənnəsi ilə bağlı PROQNOZ
Azərbaycan nefti ucuzlaşıb
Lirə bir az da ucuzlaşıb
Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır
Dolların məzənnəsi sabit qaldı
Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı qayda açıqlandı