Qərb mediasının Azərbaycana qarşı qərəzli kampaniyası
Son dövrlərdə Azərbaycana qarşı aparılan informasiya kampaniyası sistemli bir xarakter alaraq diqqət çəkir. Bu kampaniyada Qərb mediasının bəzi nümayəndələri, media azadlığı və obyektiv jurnalistika prinsiplərini müdafiə edənlər arasında önə çıxır.
Minval.info xəbər verir ki, Azərbaycanla bağlı yayımlanan materiallar artıq müstəqil yazılar kimi deyil, eyni siyasi çərçivədə təqdim olunan məqsədli informasiya kampaniyası kimi görünür. Bu kampaniyada əsas məsələ Azərbaycanın tənqid olunması deyil, faktların seçilməsi və hadisələrin əvvəlcədən hazırlanmış siyasi çərçivəyə yerləşdirilməsidir.
Jurnalistika standartlarına görə, faktların yoxlanılması, alternativ mənbələrin araşdırılması və balansın qorunması vacibdir. Lakin Azərbaycan məsələsində bu standartların tətbiq olunmaması diqqət çəkir. Əgər əvvəlcədən “Azərbaycan günahkardır” qənaəti formalaşdırılırsa və hadisələr bu qənaətə uyğun seçilirsə, bu, obyektiv jurnalistika deyil, ictimai rəy formalaşdırmaq cəhdidir.
Qərb mediası, media azadlığı və demokratik dəyərləri təbliğ etsə də, bəzi hallarda bu prinsiplərdən uzaqlaşır. Demokratiya yalnız özünə yaxın olan fikirlərin ifadəsi deyil, əks mövqelərin də təqdim edilməsini tələb edir. Bu kampaniyanın Cənubi Qafqazda yeni siyasi reallığın yarandığı bir dövrə təsadüf etməsi də təsadüfi deyil. Azərbaycan haqqında yayılan materiallara yalnız “media tənqidi” kimi baxmaq sadəlövhlük olardı. Burada informasiya kampaniyasının əlamətləri görünür və buna faktlarla cavab verilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib