Qazi xanım: “Döyüşçü qadınlarımızı az təhqir edin”
Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar da məsələyə öz sərt mövqeyini bildirib.
Qarabağ qazisi, Tutu kimi tanınan Rüxsarə Cumayeva musavat.com-a danışaraq, sabiq deputatın ifadələrini qəzəblə qarşılayıb: “Mən şəxsən 19 yaşımda döyüşlərə əlil olaraq getmişdim. Batalyonun tərkibində tibb bacısı kimi çalışmışam. Həmin vaxtı nə qədər döyüşçümüzə ilkin yardım göstərib, həyatlarını xilas etmişəm.
Həmin vaxt Çingiz Mustafayev televiziya vasitəsi ilə bağırırdı ki, kimin gücü nəyə çatırsa, müharibəyə dəstək olsun. Biz də torpaqlarımız üçün könüllü olaraq döyüşlərə qatılmışdıq.
İndi Cümşüd Nuriyev kimdir ki, Qarabağda döyüşən qadınlarımızı təhqir etsin?
Doğrudur, mən həmin batalyonda olmamışam, amma həmin batalyondan nə qədər qəhrəmancasına döyüşən, şəhid olan xanımlarımız, Qaratelimiz var.
Deyir ki, batalyonda ərsiz qadınlar olub. Bu gün nə qədər hüquqşünas, həkimlər, məmurlar var ki, boşanıb. İndi boşanmış qadınlar niyə Cümşüd Nuriyevin gözünə girir?
O, gəlib baxsın, mən hansı ağır şəraitdə yaşayıram. Amma araşdırsaq, görərik ki, özü necə komfortlu həyat tərzi yaşayır.
Onun dediyi təhqirləri mənim qızım, qızımın tələbə yoldaşları oxuyur. Bəs, düşünmürmü ki, bu cür ifadələr gənc nəslin beynində hansı fikirlər yarada bilər?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - Yeni adlar
“KİVDF cinayəti”nə görə nə qədər cəza nəzərdə tutulub?
"Qaçqınkom"dan intihar hadisəsilə bağlı AÇIQLAMA
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir? - Maraqlı faktlar