Qazaxıstan Avroviziya-2027-dən kənarda qaldı!
Qazaxıstanın “Avroviziya-2027” mahnı müsabiqəsində iştirak üçün etdiyi müraciət qəbul edilməyib. Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinə tam üzvlük statusu verməkdən imtina edib. Bu statusun əldə edilməsi, ölkəyə müsabiqədə tamhüquqlu üzv kimi iştirak etmək imkanı verə bilərdi.
Minval.info xəbər verir ki, EBU-nun açıqlamasına görə, Qazaxıstan təşkilata tam üzvlük üçün müəyyən edilmiş meyarlara cavab vermir. Ölkə Avropa Yayım Zonasına daxil deyil və Avropa Şurasının üzvü və ya müşahidəçi statusuna malik deyil. Nəzəri olaraq, Qazaxıstan xüsusi dəvətlə müsabiqəyə qatıla bilər, lakin EBU hazırda assosiativ üzvlərin və digər üzv olmayan yayımçıların dəvət edilməsi ilə bağlı planın olmadığını bildirib.
Qeyd edək ki, Qazaxıstan 2018-2022-ci illərdə beş dəfə Uşaq “Avroviziya”sında iştirak edib və 2019, 2020-ci illərdə ikinci yerə çıxıb. “Avroviziya-2027” mayın 11, 13 və 15-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"