Qazaxda bir ailənin dörd üzvü qidadan deyil, qazdan zəhərlənib - RƏSMİ

Qazaxda bir ailənin dörd üzvünün səhhətində yaranan problemin səbəbləri məlum olub.
Qida Təhlükəsizliyi Agentliyindən Minval.İnfo-ya verilən məlumata görə, Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin dörd üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Xəstələr tam müayinədən keçirilib və onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib.
Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib.
Rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!