Qazax-Ələt-Bakı yolunda təmir xaosu: Sürücülər narazı
Qazax-Ələt-Bakı magistralının Ələt istiqamətində aparılan təmir işləri sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Təmir zamanı yolun hərəkət hissəsinə nizamsız şəkildə yerləşdirilən konuslar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Minval.info xəbər verir ki, sürücülərdən biri bu vəziyyəti “Formula yarışına” bənzədərək, yolda hərəkətin ciddi çətinliklərlə müşayiət olunduğunu bildirib. O, həmçinin asfalt üzərinə yayılan boyanın da təhlükə yaratdığını qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, prosedura uyğun olaraq, boya çəkildikdən bir saat sonra konuslar yığılır. Lakin iri qabaritli nəqliyyat vasitəsinin zolağını dəyişməsi nəticəsində konuslar dağılıb və boya yayılıb. Qurumdan bildirilib ki, konuslar qısa müddət ərzində yoldan götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib