Qaz niyə zəif gəlir? – “Azəriqaz”dan rəsmi cavab gəldi
Uzun müddətfdir Xətai rayonun Elektrik İstilik Mərkəzi adlanan qəsəbə sakinləri qazın təzyiqinin çox olmasından şikayət edirlər. Həmçinin eyni vəziyyət şəhərin bir çox qəsəbələrində də müşahidə olunur.
Bizimyolinfo.com saytına gələn şikayətlərə əsasən, əraziyə verilən qaz şam işığından da zəifdir və artıq 15 gündür bu vəziyyət davam edir. Eyni şikayəti Əhmədli qəsəbəsinin və bir sıra yaxın qəsəbələrin sakinlərindən, həmçinin buraya əks istiqamət sayılan Xırdalan şəhər sakinlərindən də eşitdik. Bahar gəlsə də havalar isinməyib.
“Azəriqaz” yay reiminə keçid edibsə, bu keçidin də müyyən forması olmalıdır. Verilən qaz evdə çay qaynatmağa, yemək bişirməyə yetişməyəcək həddədir. Qaynar xəttə zəng edirsən, saatlarla gözləmə reimində qalırsan, ya da ümumiyyətlə, məşğul siqnalı gəlir. Bunun iki səbəbi ola bilər. Ya qazın təzyiqi ilə bağlı problem çox yerdə var, qaynar xəttə gələn zənglərin də həddi-hüdudu yoxdur, cavablayıb çatdıra bilmirlər, ya da ümumiyyətlə, müraciətlərə etinasızlıq göstərirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
