“Qaxda turizmlə yanaşı, insan kapitalına da yatırım eləmək lazımdır” – Əhməd Şahidov video müraciət edib

Əslən Qax rayonundan olan hüquq müdafiəçisi, hələ 2015-ci il Parlament seçkiləri zamanı Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov bu günlərdə video müraciətlə çıxış edib.
Minval.info xəbər verir ki, son 10 gün ərzində Qaxda olan və yerli əhali ilə görüşlər keçirən və vəziyyətlə yerində tanış olan hüquq müdafiəçisi yay aylarında Qaxda turizmin vəziyyəti, rayon gənclərinin arzuları və sadə qaxlıların qayğıları barədə danışıb.
https://www.youtube.com/watch?v=RVcC0U_AjsA
Qaxda insan kapitalına yatırım edilməsinin zəruriliyini vurğulayan Əhməd Şahidovun sözlərinə görə, bugün Qaxda gənc, gülərüz və mehriban, ən əsası da Vətənini və Dövlətini sevən idarəçilərə ehtiyac var. Qax insanının sevgiyə, diqqətə, qayğıya ehtiyacı var. Ölkə başçısı cənab İlham Əliyevin idmana və mədəniyyətə dövlət səviyyəsində qayğı göstərdiyini bildirən Əhməd Şahidov Qaxdakı yerli məmurların bu dövlət siyasəti ilə uzlaşmadığını və Qaxda idmana, mədəniyyətə, incəsənətə laqeyd yanaşmanın olduğunu bildirib.
Akademik Ramiz Mehdiyevin ötən müsahibələrində dövlət idarəçiliyində gənc kadrlara böyük ehtiyac olduğu barədə fikirlərini xatırladan Əhməd Şahidov Qax rayonunda da gəncləşmə və müasirləşmənin qaçılmaz olduğunu vurğulayıb və Qax rəhbərliyinin öz fəaliyyətini Azərbaycanın dövlət siyasəti ilə uzlaşdırmalı olduğunu bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir
Həmidə Ömərova seçki prosesindən narazıdır
Yanacaqdoldurma məntəqələrində həcmlə bağlı narahatlıq artır
Diplomatlar Şuşada yallı rəqs etdi!
Sentyabr pensiyaları Bakı və Naxçıvanda ödənildi
Bakıda yeni M9 ekspres marşrutu işə düşür
Azərbaycanda leysan və dolu təhlükəsi: Xəbərdarlıq!