Qaret Beyl: "Azərbaycan oyunu çətinləşdirdi"
“Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq”.
“Report” AFP-yə istinadən xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) AVRO-2020-nin seçmə mərhələ matçında sonra söyləyib.
30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. İspaniya “Real Madrid”ində çıxış edən oyunçu görüşdə xarakter göstərdiklərini sözlərinə əlavə edib: “Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını evdə Xorvatiyaya qarşı keçirəcək. “Bakcell Arena”dakı matç sentyabrın 9-da saat 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı