Qardaşının məzarı başında 87 yaşlı bibisini vəhşicəsinə öldürdü — Qubada dəhşət

Quba rayonunda qəbiristanlıqda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Minval.İnfo-nun Lent.az-a istinadən xəbərinə görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov tərəfindən döyülərək öldürülən Şüşan Sumxayevanın 87 yaşı var. Onu döyərək öldürən şəxs qardaşı oğludur.
Bildirilir ki, bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yaxınlığında baş verib. Ağır dərəcəli sərxoş olan Mişi Miqirov bibisinə ağır zərbələr endirib. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. O, ayılandan sonra hadisəni xatırlamadığını deyib. Keçmiş məhkumun qardaşının məzarı başında bibisini hansı səbəbdən döyməsi hələlik qaranlıq olaraq qalır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalar aparır
Srağagün 230, dünən 257... - Qaydalara əməl etməsək hər gün artacaq
Tanınmış "KVN"çiyə Milli Məclisdə yüksək vəzifə verildi - FOTO