Qaraqalpaqıstanda minlərlə insan xəstəxanaya yerləşdirildi
Özbəkistanın Qaraqalpaqıstan bölgəsində baş verən etiraz aksiyalarından sonra minlərlə insan xəstəxanaya yerləşdirilib.
Modern.az Özbəkistanın “Daryo” agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgənin səhiyyə naziri Sultanbek Ziyayev məlumat verib.
“Minlərlə yaralı xəstəxanaya yerləşdirilib və müalicə olunur. Onlara tibbi yardım göstərilir”, – deyə o qeyd edib.
Nazir zərərçəkənlərin dəqiq sayını açıqlamayıb. Onun sözlərinə görə, bölgənin mərkəzi Nukus şəhərində xəstəxanalar xəstələrlə dolub-daşır.
Qeyd edək ki, Özbəkistan konstitusiyasında Qaraqalpaqıstan bölgəsinin suveren statusunun ləğv edilməsi təklif olunub. Daha sonra bölgədə etiraz aksiyaları başlayıb. Aksiyaların ardınca təklif ləğv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu