Qarabağda sülhməramlıların sayı artırılıb?
“Dağlıq Qarabağdakı sülhməramlı missiyanın genişləndirilməsi ilə bağlı təəssüratlar yanlışdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda sülhməramlı missiyanın genişləndirilməsi barədə iddianı şərh edərkən bildirib. O qeyd edib ki, sülhməramlıların və orada yaradılan humanitar mərkəzin işlərini qarışdırmamaq vacibdir.
“Xeyr, bu səhv bir təəssüratdır. Bir tərəfdən, onları bir-birindən tamamilə ayırmağa ehtiyac yoxdur, ancaq münaqişə tərəflərinin təmas xəttində dayanan hərbi sülhməramlılarımızın missiyasını bir humanitar mərkəzlə – orada açılan və fəaliyyət göstərən ortaq bir humanitar mərkəzlə qarışdırmağa ehtiyac yoxdur”, – deyə Peskov qeyd edib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda