Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi
Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlılarının müşahidə postlarında fasiləsiz olaraq atəşin dayandırılması rejiminə riayət edilməsi üçün vəziyyətə nəzarət və monitorinq aparılır. Atəşin dayandırılması rejiminə bütün təmas xətti boyu riayət olunur”, – xəbərdə deyilir.
Qeyd edilir ki, Rusiya hərbçiləri vətəndaşların Dağlıq Qarabağa təhlükəsiz qayıdışını təmin edir, humanitar yardım göstərir, mülki infrastruktur obyektləri bərpa edirlər.
Sülhməramlılar təlimlər zamanı mühafizə və müşahidə postlarının müdafiəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.
“Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə postları hərbi qulluqçuların atıcı silahlardan və qəlpələrdən müdafiəsi, həmçinin yaxınlıqdakı ərazilərin tam müşahidəsi üçün nəzərdə tutulmuş blokpost istehkam tikintiləri ilə təchiz edilib”, – deyə məlumatda bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin hərbi obyektləri bombalandı
Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb
Ermənistan dronlar alır: müharibə hazırlığı? Hərbi ekspertlə CANLI
Zəngilanın azad olunmasını Prezidentə məruzə edən polkovnik danışdı
Rus ordusu hücuma keçdi: Bu istiqamətdə irəliləyir