Qarabağda reabilitasiya inqilabı: "RehaPoint" 4300-dən çox şəxsə ümid oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin “RehaPoint” Ambulator Reabilitasiya Məntəqəsi, əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri təqdim etməyə davam edir.
Minval.info xəbər verir ki, 2023-cü ilin dekabr ayından etibarən Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan bu məntəqə, indiyədək 4318 nəfərə müxtəlif xidmətlər göstərmişdir.
Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator müalicə, bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped dəstəyi kimi xidmətlərdən yararlanırlar. Həmçinin, ötən dövrdə 415 nəfərə ehtiyaclarına uyğun olaraq 10500-dən çox reabilitasiya vasitəsi təqdim edilmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib