Qarabağa ilk turların tarixi AÇIQLANDI
“Avqust ayının axırında Qarabağa ilk tur təşkil olunacaq”.
Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri açıqlamasında deyib.
O əlavə edib ki, Qarabağ marşrutları konsepsiyası ilin əvvəlindən hazırdır:
“Yolumuz Ağdama” marşrutu çərçivəsində Qarabağa turlar üzrə işlər yekunlaşıb. Əsas ağdamlılar olmaq şərti ilə avqustun axırında ilk turlar baş tutacaq. Sənədləşdirilmə onlayn qaydadadır. Turlarda iştirak məsələsi müəyyən olunub. Biletlərin onlayn və oflayn qaydada alınması ictimaiyyətə açıqlanacaq”.
Onun sözlərinə görə, Füzuli-Xocavənd marşrutu üzrə Qarabağa ikinci tur isə konseptual olaraq hazırdır və növbəti ildə reallaşdırılacaq.
Dövlət Turizm Agentliyinin baş arxitektoru və və Bakı-Şimal-Qərb dəhlizi layihəsi üzrə koordinator Nizami Qasımov əlavə edib ki, ilk turda əsas Qarabağ zonasından yaşlı adamlar iştirak edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şənbə gününün hava proqnozu açıqlanıb
Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ
Qanunsuz ov edən 13 nəfər tutuldu
Sürücülük vəsiqəsi almaq istəyənlərin diqqətinə: qaydalar dəyişdi