14.07.2022 - 12:24
İdman
26 baxış
"Qarabağ" potensial rəqiblər müəyyənləşdi
Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, beləliklə, “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
“Köhlən atlar” İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələri nisbətən zəif çempionlardan biri ilə qarşılaşacaq.
Yalnız iki komanda III raunddan mübarizəyə qoşulacaq. Onlardan “Srvena Zvezda” (Sebiya) güclülərin, “Apollon” (Kipr) isə zəiflərin səbətində qərarlaşacaq. Yəni Kipr klubu “Qarabağ”a potensial rəqiblərdən biridir. Digər mümkün rəqiblər isə II təsnifat mərhələsinin cütlərinin qaliblərindən formalaşacaq. Bunlar “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Maribor” (“Sloveniya”) – “Şerif” (Moldova), “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) və “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütlərinin qalibləri olacaq. Azərbaycan çempionunun “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)
Səpələnməmişlər
“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)
“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Apollon” (Limassol, Kipr)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)
Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
“Monako”
“Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr) cütünün qalibi
“Şturm” (Qrats, Avstriya)
“Yunion” (Belçika)
Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
11.09.2026 - 18:53
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
11.09.2026 - 09:54
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
11.09.2026 - 08:58
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
10.09.2026 - 20:22
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
10.09.2026 - 18:02
Messi və Ronaldu eyni komandada oynayacaq!
08.09.2026 - 12:36
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
08.09.2026 - 11:26
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
06.09.2026 - 16:16