Qarabağ oyunu: Bakı metrosunda xüsusi rejim!
Bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək UEFA Konfrans Liqası çərçivəsində “Qarabağ” Futbol Klubunun “Tvente” (Niderland) komandası ilə pley-off oyunu səbəbindən Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Minval.info xəbər verir ki, Bakı Metropoliteni QSC-nin verdiyi məlumata görə, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Həmçinin, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq və “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.
Gün ərzində qatarlar mövcud qrafikə uyğun hərəkətini davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib