31.08.2018 - 13:52
İdman 17 baxış

"Qarabağ" milyonlarla manat qazandı - SƏBƏB

Ötən gecə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” həm də büdcəsini artırıb.

Minval.İnfo xəbər verir ki, pley-off-da “Şerif”i mübarizədən kənarlaşdıran “Ağdam” klubu 2 milyon 920 min avro qazanıb. Bu isə 5 milyon 799 min 828 manata bərabədir.

Qurban Qurbanovun komandası qrupda qazanacağı hər qələbəyə görə də 570 min avro əldə edəcək. Heç-heçənin mükafatı isə 190 min avrodur.

Qeyd edək ki, “Qarabağ” artıq 4-cü dəfədir ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: