31.07.2026 - 01:00
İdman 30 baxış

Qarabağ konfrans liqasında mübarizəni davam etdirəcək

“Qarabağ” futbol komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.

Minval.info xəbər verir ki, Sofiyada yerləşən “Vasil Levski” stadionunda baş tutan qarşılaşmanın əsas vaxtında hesab açılmayıb – 0:0.

İlk oyunda Bakıda qolsuz heç-heçə baş verdiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər iki 15 dəqiqəlik hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

Onbirmetrlik cərimə zərbələrində daha dəqiq oynayan ÇSKA 5:4 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Beləliklə, “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb və avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu mərhələdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: