17.08.2026 - 09:23
Ölkə 50 baxış

Qarabağ"ın meydan döyüşü: "Şamaxı" ilə qarşılaşmada hakimlər kim olacaq?

Bu gün Misli Premyer Liqasının I turu sona çatacaq.

Minval.info xəbər verir ki, “Qarabağ” komandası öz meydanında “Şamaxı”nı qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:30-da başlayacaq və baş hakim Rəvan Həmzəzadə tərəfindən idarə olunacaq.

Hakimlər heyətində Teymur Teymurov, Şirmamed Mamedov və Cavid Cəlilov yer alacaq. Hakim-inspektor vəzifəsini Ceyhun Haşımov icra edəcək, AFFA nümayəndəsi isə Zaur Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0 və “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” və “İmişli” arasında keçirilən matç isə qolsuz bərabərliklə nəticələnib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: