“Qarabağ” heyəti gücləndirməyə başlayıb
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” heyəti gücləndirməyə başlayıb.
Ağdamlılar ilk öncə daha bir qapıçının transferini həll etməyə çalışır.
İndiyədək Vaqner da Silva və Şahruddin Məhəmmədəliyevlə kifayətlənmiş “Qarabağ”, daha bir qolkiperə ehtiyac duyur. Vaqnerin sabit olmamasından narahat qalan baş məşqçi Qurban Qurbanov 3-cü qapıçının da əcnəbi olmasını istəyir.
İndiyədək bir neçə əlcək sahibiylə danışıq aparan, lakin heç birinin Azərbaycana gəlişinə nail ola bilməyən “Qarabağ” keçmişə dönmək qərarına gəlib. “Transfer pəncərəsi” bağlanana kimi İbrahim Şehiçin Ağdam klubuna dönüşü rəsmiləşməlidi. Futbolçunun özü ilə razılıq çoxdan əldə edilib, klubun son qərarı verməsi yubanırdı. Artıq “Ərzurumspor” da Bosniya və Hersoqovina millisinin üzvünü ölkəmizə göndərməyin əleyhinə deyil.
Bəzi ərəb klublarının da istədiyi Şehiçin özünün “Qarabağ”da oynamaq istəməsi məsələdə həlledici olub. Türkiyə klubu 1 il öncə ağdamlılardan qopardığı İbrahimin gedişinə icazə verib. Transferin tezliklə, ola bilsin, yaxın saatlarda açıqlanması gözlənilir.
5 il ölkəmizdə “çərçivə” qorumuş Şehiç “Qarabağ”ın son transferi olmayacaq. Ağdamlılar daha bir yarımmüdafiəçi və mərkəz müdafiəçisi almağ da düşünür.
futbolinfo.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı