"Qarabağ" - "Bazel" oyununa görə "Koroğlu" metrosunun iş rejimi artırıla bilər

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Qarabağ” – “Basel” qarşılaşması səbəbindən “Bakı Metropoliteni”nin “Koroğlu” stansiyası gücləndirlmiş iş rejimində çalışacaq.
Bunu “Minval.info”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, gücləndirlmiş iş rejimi qurumun xüsusi əməliyyat planına əsasən tətbiq ediləcək:
“Bakı Metropoliteni”nin hər bir stansiya ilə bağlı xüsusi əməliyyat planı mövcuddur. BOS-da keçirilən tədbirlər zamanı da “Koroğlu” stansiyası üçün nəzərdə tutulmuş plan tətbiq ediləcək. Sərnişinlərin və qonaqların metrodan rahat istifadəsini təmin etmək məqsədi ilə ehtiyat qatarların da xəttə buraxılmasını nəzərdə tuturuq. Xüsusi zərurət olarsa “Koroğlu” stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər. Əvvəlki təcrübələrimizi nəzərə alaraq deyə bilərəm ki, bu müddət bizə sərnişin axınını idarə etməyə kifayət edər”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Bazel” qarşılaşması saat 20:45-də başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir