Qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələndi - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.
Qaydaları pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda şirkətlərin vəzifəli şəxslərinə cinayət işi açıldı
Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib
Əli Həsənov da işdən çıxarıldı - SON DƏQİQƏ
DTX və Baş Prokurorluq 14 erməni terrorçu ilə bağlı məlumat yaydı
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb
Prezident Dilarə Seyidzadə ilə bağlı sərəncam verdi