Qanunsuz işləyən pendir sexləri bağlandı - FOTOLAR
Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bərdə rayonu, Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və Bərdə rayonu, Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçiriblər.
Reyd zamanı hər iki müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik norma və qaydalara, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsinə malik olmadan satışa təqdim edilir.
Müayinələrin aparılması üçün nümunələr götürülərək AQTA-nın laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır