Qalmaqallı teleaparıcı jurnalistikadan getdi? - Yoldaşından açıqlama
Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdiyini açıqlayıb.
Minval.info xəbər verir ki, bu barədə o, özü sosial mediada məlumat yayıb. Aparıcı bildirib ki, səhhətində yaranmış problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verib: “Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm”.
Qeyd edək ki, E.Əlibəyli “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişinin aparıcısı idi. Proqramda yaşanan qalmaqallardan dolayı əsasən telejurnalist qınaq obyektinə çevrilirdi. Buna baxmayaraq, E.Əlibəyli qalmaqalla gündəmə gəlməkdən və müzakirə predmeti olmaqdan məmnunluğunu dilə gətirib.
Lakin telejurnalistin həyat yoldaşı Dilruba Vaqifzadə Oxu.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
“Hər gün Elçin haqqında yalan xəbər çıxarırlar. Bunların hamısı onu zəif göstərmək üçün atılan təxribat xarakterli addımlardır. Saçlarını kəsdirdiyi üçün səhhətində problem olduğu, başından əməliyyat olunduğuna dair əsassız xəbər yaymışdılar.
Mən başa düşmürəm bunu heç nə soruşmadan, maraqlanmadan yayan saytlar nə fikirləşir?
İndi də jurnalistikadan getdiyini yazırlar. Çox güman bunu Elçinin yazdığı statusdan çıxardıqları mənaya dayanaraq yazıblar. Amma həqiqəti əks etdirmir. Elçin jurnalistikadan getmir. O, işi ilə nəfəs alan insandır. Yeni layihələr gözlənilir.
Elçin jurnalistika ilə yanaşı, yeni layihələrdə fəaliyyət göstərəcək. Mediadan getdiyinə və səhhətində problem olduğuna dair yayılan bütün xəbərlər yalandır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir