“Mən bədbəxt olmuşam, evdə balalarımla qırğına çıxmışam. Nə istəyirsiniz məndən? Yaşamayım, öldürüm özümü? Nə günə qalmışam, ölürəm artıq…”

Bu sözləri Əməkdar artist Yusif Mustafayev News24.az -a açıqlamasında söyləyib. O, bildirib ki, evində heç bir yeraltı keçid yoxdur:

“Gəlin, evimi çəkin. İnsanlar niyə mənə şər atırlar? İkimərtəbəli evdir. Küçədə yaşayım? Zaur da oradan məni şantaj edir ki, Əməkdar artist evini gizlədir. Qabiliyyətin olsun, ay Zaur, bir dəfə elədin bəs olmadı? Uşaq deyiləm ki, gündə məni biabır etsinlər. Rövşanə ayıb deyil sənə? Yeraltı keçid nədir? Mən kiməm ki, evimin içində yeraltı keçidim olsun? Avara-avara gəzməmişəm, balalarımı dolandırmaq üçün gecə-gündüz çalışmışam. Evimdə 8 nəvəm yaşayır. Bezmişəm artıq. Belə getsə infarkt vuracaq məni. Bundan sonra verilişlərə də, çıxmayacağam”.

Qeyd edək ki, bir neçə gün öncə 5/5 verişində aparıcı Zaur Kamal Əməkdar artistin evini çəkib yayımlamışdı.