17.10.2018 - 17:29
İdman
25 baxış
"Qalatasaray" "Qarabağ"ın sabiq qapıçısını heyətinə qata bilər
Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu “Erzurumspor”da maaşını ala bilmir və qış “transfer pəncərəsi”ndə komandanı tərk etmək niyyətindədir.
Şehiçin komandadan ayırlacağı təqdirdə, “Qalatasaray”ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir.
Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç azad agent kimi “Erzurumspor”a keçib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
13.09.2026 - 13:21
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
12.09.2026 - 16:35
