“Qalatasaray” azərbaycanlı marketoloqun əl işləri ilə maraqlanır – FOTO

Azərbaycanlı sabiq futbol hakimi, “İnter” və “Simurq” klublarının keçmiş rəsmisi, marketoloq Zöhrab Əliyevin əl işləri Türkiyənin məşhur klublarından birinin diqqətini cəlb edib.
Minval.İnfo xəbər verir ki, Oxu.Az-da bu barədə xəbər getdikdən və səbəbkarın futbola aid maketlərinin sosial şəbəkələrdə paylaşılmasından sonra Türkiyənin “Qalatasaray” klubu Əliyevə rəsmi məktubla müraciət edib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Qalatasaray” nümayəndəsi Sibel Yurdagün tərəfindən göndərilən məktubda klubun onun hazırladığı stadion maketlərinə maraq göstərdiyi bəlli olub və ondan bir nüsxə kluba göndərilməsi xahiş edilib.




Zöhrab Əliyev açıqlamasında bildirib ki, Türkiyədən olan müştərilərinə “Qalatasaray”ın stadionu “TT Arena”nı 300 lirəyə (150 manat) satılıb. “Qalatasaray”a göndərilən maketdən isə qarşı tərəf razı qalıb və ilkin olaraq 1500 maketin göndərilməsi xahiş edilib. Bu maketlər klubun muzeyində yer alacaq və qalanları “GS Store”da satışa çıxarılacaq.


Qeyd edək ki, Zöhrab Əliyevin bir ay ərzində İstanbula gedəcəyi və “Qalatasaray” klubu ilə yaxın vaxtlarda əməkdaşlıq müqaviləsi imzalayacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar