15.01.2025 - 16:23
Mədəniyyət
196 baxış
Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını haqqında film təqdim edildi - “Səma xanımı” - FOTO
Minval.info xəbər verir ki, film, Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunub. O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla xanımın 1930-1933-cü illərdəki həyatı öz əksini tapıb. Qadınların bir çox məhrumiyyətlərinin olduğu o dövrdə Leylanın həyatla mübarizəsi, çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xətlə göstərilib. Eləcə də, ətrafdakı insanların qınaqlarına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Bəhramdan dəstək alaraq daha inamla bu yolda addımlayan Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən atlayışı filmdə tamaşaçıya çatdırılan hadisələr sırasındadır.
Peşəsinə sevgisi, qəhrəmanlığı, möhkəm iradəsi ilə tarixdə iz qoymuş Leyla Məmmədbəyova haqqında çəkilən bu filmin əsas məqsədi böyük işlərə imza atmış tarixi şəxsiyyətlərimizi təbliğ etmək, tanıtmaq, ictimaiyyəti, eləcə də bütün dünyanı Azərbaycanın tarixi şəxsiyyətləri haqqında məlumatlandımaqdır.
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
19.10.2026 - 14:43
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
05.10.2026 - 15:59
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
05.10.2026 - 13:53
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
03.10.2026 - 17:17
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
02.10.2026 - 13:38
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
02.10.2026 - 12:00
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
02.10.2026 - 10:29
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır
30.09.2026 - 18:35
